×
A
A
A
Sazlamalar

Filippin Prezidenti ABŞ-a xəbərdarlıq edib

Bakı, 24 yanvar, AZƏRTAC
Filippin Prezidenti Rodriqo Duterte ABŞ-a qoşun və texnikanın yerləşdirilməsinə dair razılaşmanı ləğv edəcəyi ilə bağlı xəbərdarlıq ünvanlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, buna səbəb Vaşinqtonun əvvəllər polis rəisi olan Ronaldo de la Rosaya viza verməkdən boyun qaçırmasıdır.
Məlum olub ki, ABŞ-ın Filippindəki səfirliyi keçmiş polis rəisinə viza vermir. Rəsmi səbəb açıqlanmasa da, onun polis rəisi vəzifəsinin icrası zamanı məhkəmədənkənar qətl hadisələri ilə əlaqəli olması ehtimal edilir.

Dünya 2020-01-24 19:22:00