Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb
London, 8 may, AZƏRTAC
Rusiyanın Londondakı hərbi attaşesi Böyük Britaniyadan çıxarılıb.
AZƏRTAC xəbər verir ki, Britaniya müdafiə naziri Qrant Şaps bu haqda özünün “X” sosial şəbəkəsində məlumat verib.
Britaniya daxili işlər naziri Ceyms Klverli isə parlamentdə çıxışı zamanı bildirib ki, Rusiya diplomatik vizalarının müddəti məhdudlaşdırılacaq. “Biz Böyük Britaniyadakı Rusiyaya məxsus bir sıra mülklərdən, o cümlədən Şərqi Susseksdə “Seacoks Heath” evindən və kəşfiyyat məqsədləri üçün istifadə edildiyinə inandığımız Rusiya səfirliyinin Highgeytdəki ticarət və müdafiə bölməsindən diplomatik binaların statusunu ləğv edəcəyik”,- deyə nazir bildirib.
Rusiyanın Londondakı səfirliyi isə hərbi attaşenin ölkədən çıxarılmasına müvafiq cavabın veriləcəyini deyib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Makron Yeni Kaledoniya ilə bağlı Müdafiə Şurasının iclasını keçirəcək
Səudiyyə Ərəbistanının 88 yaşlı kralına pnevmoniya diaqnozu qoyulub
“Bayraktar AKINCI” İran Prezidentinin helikopterinin qəza enişi etdiyi ehtimal olunan bölgədədir
Parisin hava limanlarının işçiləri tətil edəcəklər
Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib