Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib
Ankara, 20 may, AZƏRTAC
Türkiyənin Milli Müdafiə Nazirliyi İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəza enişi etdiyi bölgədə aparılan axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qonşu ölkəyə hərbi helikopter və pilotsuz uçuş aparatı göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkələrdəki paylaşımında deyilir.
Məlumatda qeyd olunub ki, İrana gecə görmə cihazlarına malik “Cougar” tipli hərbi helikopterlə “Akıncı” tipli PUA göndərilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Denis Şmıqal: Dünya Bankı Ukraynaya daha 454 milyon dollar ayıracaq
Kanadanın Baş nazirinə etimadsızlıq səsverməsi 3-cü dəfə baş tutmayıb