×
A
A
A
Sazlamalar

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

London, 9 may, AZƏRTAC

Mühafizəkarlar partiyasının Dover üzrə deputatı Natali Elfik Leyboristlər Partiyasına keçdiyini bəyan edib.
AZƏRTAC xəbər verir ki, deputat bu barədə qərarını Baş nazir Rişi Sunakın Parlamentin İcmalar Palatasındakı çıxışından bir neçə dəqiqə öncə açıqlayıb.
Natali Elfik partiyada Baş nazir Rişi Sunakın rəhbərliyi ilə səriştəsizlik və bölünmənin olduğunu qeyd edib. O, öz qərarını diqqətlə nəzərdən keçirdiyini bildirib.
Qeyd edək ki, ötən ay Britaniyanın Mühafizəkarlar Partiyasının deputatı və keçmiş nazir Daniel Poulter də Leyboristlər Partiyasına keçdiyini bəyan etmişdi.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2024-05-09 02:50:00