Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb
Bakı, 9 may, AZƏRTAC
Avropa İttifaqının (Aİ) Kopernik peyk izləmə sistemi tərəfindən aparılan ölçmələrə görə, keçən ay qlobal miqyasda indiyə qədər qeydə alınan “ən isti aprel” olub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Kopernik tərəfindən edilən açıqlamada, keçən ayın orta səth hava istiliyi 15,03 dərəcə olaraq ölçülüb.
Açıqlamada ötən ayın dünyada indiyə qədər qeydə alınan “ən isti aprel” olması ilə bərabər, son 12 ayın ardıcıl qeydə alınan ən isti aylar olduğu vurğulanıb. Həmçinin son 12 ayda (2023-cü ilin may-2024-cü ilin aprel ayları) qlobal orta temperaturun 1991-2020-ci illərin orta göstəricisindən 0,73 dərəcə yüksək olduğu bildirilib. Qeyd edilib ki, havanın temperaturu əsasən Şərqi Avropa regionunda orta səviyyədən yüksək olub.
Dünyadakı vəziyyətin də yer aldığı açıqlamada Avropadan kənarda Şimali Amerikanın şimal və şimal-şərqində, Qrenlandiyada, Şərqi Asiyada, Yaxın Şərqin şimal-qərbində, Cənubi Amerikanın bəzi bölgələrində temperaturun orta səviyyədən yüksək olduğu diqqətə çatdırılıb.
Makron Yeni Kaledoniya ilə bağlı Müdafiə Şurasının iclasını keçirəcək
Səudiyyə Ərəbistanının 88 yaşlı kralına pnevmoniya diaqnozu qoyulub
“Bayraktar AKINCI” İran Prezidentinin helikopterinin qəza enişi etdiyi ehtimal olunan bölgədədir
Parisin hava limanlarının işçiləri tətil edəcəklər
Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib