×
A
A
A
Sazlamalar

Xarici müəssisə və təşkilatlar əsas kapitala 3,7 milyard manat vəsait yönəldib

Bakı, 20 dekabr, AZƏRTAC 

Cari ilin yanvar-noyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3 milyard 766,7 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 181,2 milyon manatı (84,5 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, İsveçrə, Yaponiya, Malayziya, Rusiya, İran, Fransa, Norveç və Çexiya sərmayədarlarına məxsus olub.
Hesabat dövründə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 60 faizini tikinti, yenidənqurma və genişləndirmə, 11,8 faizini əsaslı təmir, 8 faizini cari təmir, 20,2 faizini isə digər tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 82,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Tikinti̇ 2019-12-20 11:17:00