×
A
A
A
Sazlamalar

Azərbaycan şirkəti Serbiyada yol tikintisinə başlayıb

Belqrad, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da Azərbaycanın “Azvirt” şirkəti tərəfindən Serbiyada yol tikintisinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Serbiya Prezidenti Aleksandr Vuçiç də iştirak edib.
Ruma və Loznisa şəhərlərini birləşdirəcək yolun uzunluğu ümumilikdə 77,3 kilometrdir. Tikinti işlərinin 2023-cü ilin sonunda yekunlaşdırılması planlaşdırılır.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

 

Tikinti̇ 2019-12-06 17:09:00