×
A
A
A
Sazlamalar

Əsas kapitala yönəldilmiş vəsaitin 71,6 faizi sənaye və tikintiyə sərf olunub

Bakı, 23 noyabr, AZƏRTAC
Yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 49,4 faizi sənaye, 22,2 faizi isə tikinti sahələrinə sərf edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində əsas kapitalın 13,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 2 faizi təhsil, 1,8 faizi informasiya və rabitə, 1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 0,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, hər birində 0,6 faiz olmaqla peşə, elmi və texniki fəaliyyət, inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,4 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,3 faiz maliyyə və sığorta fəaliyyəti, 0,2 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrinə sərf olunub.
Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 6 milyard 434,4 milyon manat, bank kreditləri 886,1 milyon manat, büdcə vəsaitləri 3 milyard 109,2 milyon manat, büdcədənkənar fondların vəsaitləri 166,9 milyon manat, əhalinin şəxsi vəsaitləri 774,5 milyon manat, digər vəsaitlər isə 36,3 milyon manat təşkil edib.

Tikinti̇ 2019-11-23 10:51:00