×
A
A
A
Sazlamalar

Tikinti müəssisələri tərəfindən istehsal edilmiş məhsulun dəyəri 3,8 faiz artıb

Bakı, 22 noyabr, AZƏRTAC 

Cari ilin yanvar-oktyabr aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 3,8 faiz artaraq 648,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövr ərzində tikinti kərpicinin istehsalı 41,4 faiz, tikinti əhənginin istehsalı 51,1 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 27,8 faiz artıb.
Sement istehsalı 2 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 55,4 faiz, tikinti gipsinin istehsalı isə 71,7 faiz azalıb.

 

Tikinti̇ 2019-11-22 15:11:00