×
A
A
A
Sazlamalar

Bəstəkar Fərəc Qarayevin əsəri “Moskva forumu” beynəlxalq müasir musiqi festivalında səsləndiriləcək

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 22-dən 27-dək Rusiyanın paytaxtında “Moskva forumu” XVI beynəlxalq müasir musiqi festivalı keçiriləcək. Konsertin proqramına bəstəkar, Azərbaycanın Xalq artisti, professor Fərəc Qarayevin “Xütbə, muğam və surə” əsəri də daxil edilib. AZƏRTAC bəstəkarın saytına istinadla xəbər verir ki, bu əsər oktyabrın 26-da P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Raxmaninov zalında “Yeni musiqi studiyası” ansamblı tərəfindən təqdim olunacaq. Tarda Azərbaycanın Əməkdar artisti Sahib Paşazadə çıxış edəcək. Dirijor Sergey Akimovdur.

Musiqi 2019-10-15 03:49:00