×
A
A
A
Sazlamalar

Paytaxtın bu küçəsində təmir işlərinə başlanılır

Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 10-dan etibarən Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində təmir işlərinə başlanılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir işləri sözügedən küçənin Badamdar şosesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq. İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur.
Bu müddət ərzində A.Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Tikinti̇ 2019-10-09 16:16:00