×
A
A
A
Sazlamalar

Bakıda birləşmiş xor kollektivlərinin konserti olacaq

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında birləşmiş xor kollektivləri çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, ikinci Azərbaycan Xalq Mahnıları Festivalı çərçivəsində reallaşacaq konsert Azərbaycan Dövlət Akademik Filarmoniyası və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşacaq.
Konsertdə bəstəkar və xalq mahnılarına müraciət olunacaq.

Musiqi 2019-10-04 17:30:00