×
A
A
A
Sazlamalar

Nəsimi rayonu ərazisindəki Asif Məhərrəmov küçəsi yenidən qurulur VİDEO

Bakı, 4 oktyabr, AZƏRTAC 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtda avtonəqliyyat sıxlığının azalmasına hesablanan layihələrin icrasını davam etdirir. Layihəyə əsasən Nəsimi rayonu ərazisindəki Asif Məhərrəmov küçəsi yenidən qurulur.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əsaslı şəkildə yenidən qurulan A.Məhərrəmov küçəsinin uzunluğu 1,1 kilometr, eni isə ortalama 20 metrdir. Layihə çərçivəsində 6 min kvadratmetr mövcud piyada səkiləri bərpa olunur, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Ümumilikdə küçəboyu 3872 poqonmetr yeni səki daşının düzülməsi işləri aparılır, ayırıcı zolağa 750 kvadratmetr bəzək daşlarının döşənməsi nəzərdə tutulur. Küçəboyu su və qaz xətləri aidiyyəti qurumlar tərəfindən yenilənib.
Hazırda 22,5 min kvadratmetr sahəni əhatə edən yolun asfaltlanması işləri aparılır. Yeni asfalt-beton örtüyü döşənəndən sonra, avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri görüləcək. Küçə yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Tikinti̇ 2019-10-04 12:02:00

Video