×
A
A
A
Sazlamalar

Metallurgiya sənayesi sahələrində 496,1 milyon manatlıq məhsul istehsal olunub

Bakı, 19 sentyabr, AZƏRTAC 

Bu ilin yanvar-avqust aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 496,1 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 80,1 faiz artım, metallurgiya sənayesində 16,1 faiz azalma müşahidə edilib.
Hesabat dövründə sahə üzrə 15 min 556,4 ton (3,1 dəfə çox) qara metallardan digər konstruksiyalar istehsal olunub.

 

Tikinti̇ 2019-09-19 15:48:00