×
A
A
A
Sazlamalar

Amerikalı caz ifaçısı Mişel Uoker Bakıda konsert verəcək

Bakı, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də tanınmış amerikalı caz ifaçısı Mişel Uoker Bakıda konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində reallaşacaq konsertdə ifaçı bir-birindən rəngarəng hit mahnılarını təqdim etməklə yanaşı, dünya caz nümunələrinə də müraciət edəcək.
Qeyd edək ki, bu, amerikalı sənətkarın ölkəmizdə ilk konserti olacaq.

Musiqi 2019-09-06 15:14:00