Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bakının Baş Planının 2020-ci ildə təsdiqlənməsi gözlənilir

Bakı, 30 avqust, AZƏRTAC

Bakı şəhərinin Baş Planının hazırlanması üzrə işlərin növbəti fazasının tamamlanması bu ilin sonunadək nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud bildirib.
Komitə sədri qeyd edib ki, bu fazada 25 min və 10 min miqyasında olan xəritələr üzərində işlər aparılır. Hazırda isə komitə və digər dövlət qurumlarının nümayəndələri ilə birgə sənədlərə baxılır.
Nəzərə çatdırılıb ki, ilin sonunadək 3-cü fazaya başlanılacaq, 2020-ci ilin oktyabr ayına qədər isə sonuncu faza, yəni, Baş Planın təsdiqlənməsi gözlənilir.

Tikinti̇ 2019-08-30 20:03:00