Heydər Əliyev Mərkəzinin parkında Xalq artisti Faiq Ağayevin konserti olub
Bakı, 24 avqust, AZƏRTAC
Avqustun 24-də Heydər Əliyev Mərkəzinin parkında tanınmış estrada ulduzu, Xalq artisti Faiq Ağayev möhtəşəm konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, girişin sərbəst olduğu konsertdə “qızıl şlyager” pərəstişkarları qarşısında özünün bir sıra sevilən mahnılarını səsləndirib.
Bir saatdan çox davam edən konsert proqramı tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzi yay mövsümündə həftəsonu mütəmadi tədbirlər keçirir, ayrı-ayrı idman növləri və incəsənət sahələrinə aid ustad dərsləri, məşğələlər, yarışlar, konsert proqramları, habelə rəqs axşamları təşkil edir. Bu tədbirlər paytaxt sakinləri və qonaqların asudə vaxtlarını səmərəli və maraqlı keçirmələri, azyaşlıların istedad və bacarıqlarının üzə çıxarılması və inkişaf etdirilməsi məqsədi daşıyır.
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
“Şərq musiqisinin peyğəmbəri” - Cabbar Qaryağdıoğlu haqqında videoçarx hazırlanıb