×
A
A
A
Sazlamalar

Əsas kapitalın 70 faizindən çoxu sənaye və tikintiyə sərf olunub

Bakı, 21 avqust, AZƏRTAC

2019-cu ilin yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 48 faizi sənaye, 22,3 faizi isə tikinti sahələrinə sərf olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddət ərzində sözügedən vəsaitin 14,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 2,4 faizi informasiya və rabitə, 2 faizi təhsil, 1 faizi səhiyyə, 0,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi hər birində 0,6 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, digər sahələrdə xidmətlərin göstərilməsi, hər birində 0,5 faiz olmaqla ticarət, nəqliyyat vasitələrinin təmiri, peşə, elmi və texniki fəaliyyət, 0,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 0,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrinə ayrılıb.

 

Tikinti̇ 2019-08-21 18:21:00