×
A
A
A
Sazlamalar

Paytaxtın bəzi küçələrində rənglənmə işləri aparılacaq

Bakı, 5 avqust, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə avqustun 5-dən saat 22:00-dan səhər saatlarınadək paytaxtın Əsəd Əhmədov və Xiyabani küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sürücülərdən sözügedən yollarda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Tikinti̇ 2019-08-05 18:06:00