×
A
A
A
Sazlamalar

Samir Nuriyev: 11 mindən çox ailəyə öz mülkiyyət hüquqlarını təsdiq edən sənədin əldə olunması imkanı yaradılıb

Bakı, 2 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman inqilabi addım olmaqla, son illərdə yığılmış bəzi problemlərin, əsasən də sənədləşmə problemlərinin Prezident tərəfindən həll olunması kimi qəbul edilməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev jurnalistlərə müsahibəsində deyib.
Komitə sədri qeyd edib ki, ilin sonunadək həmin Fərmanla bağlı işlər başa çatdırılmalıdır. Bugünkü günə artıq Bakı şəhərində 59 layihə üzrə, yəni 11 mindən çox ailəyə öz mülkiyyət hüquqlarını təsdiq edən sənədin əldə olunması imkanı yaradılıb.

Tikinti̇ 2019-07-02 13:49:00