×
A
A
A
Sazlamalar

Bu yolda rənglənmə işləri aparılacaq

Bakı, 21 iyun, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün saat 22:00-dan iyunun 22-si səhər saatlarınadək paytaxtın Nərimanov rayonunun Həsən Əliyev küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən sözügedən küçələrdə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-06-21 15:06:00