×
A
A
A
Sazlamalar

Bakı-Quba-Rusiya avtomobil yolunun bir hissəsi təmir olunur

Bakı, 18 iyun, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün səhər saatlarından etibarən iyun ayının 22-nə kimi (5 gün) Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 14-132-ci kilometrlik hissəsində avtonəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən sözügedən yolda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-06-18 10:54:00