×
A
A
A
Sazlamalar

Bu yollarda təmir və rənglənmə işləri aparılır

Bakı, 14 may, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Ələt-Qazax Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bayraq Meydanı ərazisindən başlayaraq 120-ci kilometrlik hissəsinədək olan ərazidə nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bundan başqa, paytaxtın Sabunçu rayonunun Yavər Əliyev və Asif Əsədullayev küçələrində axşam saatlarınadək, Yasamal rayonunun İnşaatçılar prospektində, həmçinin İzmir və Bakıxanov küçələrində axşam saat 22:00-dan mayın 15-i səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Sürücülərdən göstərilən saatlarda sözügedən yollarda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-05-14 13:04:00