×
A
A
A
Sazlamalar

“Oyuq”çuların növbəti konserti maraqla qarşılanıb

Bakı, 10 may, AZƏRTAC
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində olan “Oyuq” teatr-studiyası növbəti konsertini təqdim edib.
AZƏRTAC xəbər verir ki, “Ey Azərbaycanım” adlı konsert mayın 10-da Dənizkənarı Milli Parkda reallaşıb. Bulvar İdarəsi ilə teatrın birgə təşkil etdiyi konsert Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub.
Klassik bəstəkar, xalq və populyar estrada mahnılarından ibarət rəngarəng konsert proqramında studiyanın yerli və beynəlxalq sənət müsabiqələrində iştirak edərək mükafatlar qazanan uşaqları çıxış ediblər.
Qeyd edək ki, bu konsert teatrın Dənizkənarı Bulvar İdarəsi ilə reallaşdırdığı növbəti konsert proqramıdır.

Musiqi 2019-05-10 17:38:00