×
A
A
A
Sazlamalar

Xocasən-Lökbatan avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakı, 4 may, AZƏRTAC 

Təmir işləri ilə əlaqədar mayın 5-də səhər saatlarından etibarən Xocasən-Lökbatan avtomobil yolunun “Meyvəli” ticarət mərkəzinin qarşısından Xocasən qəsəbəsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məhdudiyyət təmir işləri yekunlaşanadək qüvvədə olacaq.
Təmir işləri müddətində sürücülər alternativ olaraq “Bakı-Dairəvi 1” avtomobil yolundan istifadə edə bilərlər.

Tikinti̇ 2019-05-04 17:22:00