×
A
A
A
Sazlamalar

Bu avtomobil yollarında təmir və rənglənmə işləri aparılır

Bakı, 4 may, AZƏRTAC
Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədləri təmir olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, gecə saatlarında isə paytaxtın Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər saat 22:00-dan başlayaraq mayın 5-i səhər saatlarınadək davam edəcək.
Sürücülərdən həmin yollarda diqqətli olmaları xahiş olunur.

Tikinti̇ 2019-05-04 15:52:00