×
A
A
A
Sazlamalar

“Bakı K-pop Festivalı-2019”un açılışı olub

Bakı, 4 may, AZƏRTAC

Mayın 4-də Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Opera” zalında “Bakı K-pop Festivalı-2019”un açılışı olub.
AZƏRTAC xəbər verir ki, altıncı dəfədir təşkil edilən festival Koreya Respublikasının ölkəmizdəki səfirliyi və “Hansamo Azərbaycan”nın birgə təşkilatçılığı ilə reallaşıb. Budəfəki festivalda elektron şəkildə müraciət etmiş 33 qrupdan öncədən keçirilmiş seçmələr əsasında təyin edilmiş 10 qrup mübarizə aparır. Belə ki, festivalda birinci yer tutacaq iki qrupun (rəqs və mahnı kateqoriyaları üzrə ayrı-ayrılıqda) bu ilin oktyabr ayında Koreyanın Çanqvon şəhərində keçiriləcək “Dünya K-pop Festivalı – 2019”da iştirak etmək üçün namizədliyi irəli sürüləcək. Eyni zamanda qalib qruplara pul mükafatı və kubok, müsabiqədə iştirak edən bütün qruplara xatirə hədiyyələri təqdim olunacaq.
Festival çərçivəsində K-pop müsabiqəsi ilə yanaşı, xüsusi ifalar səsləndiriləcək, auditoriya üçün lotereya oyunları keçiriləcək.

Musiqi 2019-05-04 14:38:00