×
A
A
A
Sazlamalar

Paytaxtda inşaat işlərinin 86,3 faizini qeyri-dövlət tikinti müəssisələri görüb

Bakı, 3 may, AZƏRTAC 

Birinci rübdə Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,8 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,8 faizini əsaslı təmir, 4,7 faizini cari təmir, 19,7 faizini isə digər tikinti işləri təşkil edib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, hesabat dövründə ümumi inşaat işlərinin 86,3 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Tikinti̇ 2019-05-03 16:19:00