×
A
A
A
Sazlamalar

Bakıxanov qəsəbəsinin bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakı, 26 aprel, AZƏRTAC 

Təmir işləri ilə əlaqədar aprelin 26-dan 27-nə keçən gecədən etibarən Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki General Səmədbəy Mehmandarov prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, həmin müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti Yavər Əliyev küçəsindən Leyla Məmmədbəyova küçəsinə yönəldilməklə təmin olunacaq.

Tikinti̇ 2019-04-26 11:51:00