×
A
A
A
Sazlamalar

Paytaxtın bu yollarında rənglənmə işləri aparılacaq

Bakı, 25 aprel, AZƏRTAC 

Aprelin 25-i, 26-sı və 27-də avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Mehdi Hüseyn, Teymur Elçin, Lermontov va İstiqlaliyyət küçələrində, həmçinin İnşaatçılar, Nərimanov, Parlament, Hüseyn Cavid prospektlərində və Hüseyn Cavid parkının ətrafında saat 22:00-dan 6:00-a kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sürücülərdən sözügedən yolda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş edilir.

Tikinti̇ 2019-04-25 17:29:00