×
A
A
A
Sazlamalar

Muzeydə bu dəfə “Maestro Rostropoviçin həyatında Amerika dövrü”ndən danışılacaq

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 24-də L. və M.Rostropoviçlərin ev-muzeyində “Maestro Rostropoviçin həyatında Amerika dövrü” adlı tədbir keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində sərgi açılacaq, görkəmli bəstəkarın həyat və yaradıcılığından danışılacaq. Tədbir konsert proqramı ilə davam edəcək.
Konsertdə violonçel ifaçısı, Xalq artisti Rasim Abdullayev və Əməkdar artist Aleksey Miltıx və digər beynəlxalq müsabiqələr laureatları çıxış edəcəklər.
Qeyd edək ki, tədbir X Bakı Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində reallaşacaq.

Musiqi 2019-04-23 12:51:00