×
A
A
A
Sazlamalar

Ağdamda “Torpağın səsi” adlı konsert proqramı təqdim olunub

Bakı, 20 aprel, AZƏRTAC

Ağdam Musiqi Kollecinin tələbələrinin iştirakı ilə Ağdam Muğam Mərkəzində konsert proqramı təqdim olunub.
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilən “Torpağın səsi” layihəsi çərçivəsində reallaşan konsert kollecdə təhsil alan istedadlı gənclərin ictimaiyyətə tanıdılması və onlarda səhnə vərdişlərinin inkişaf etdirilməsi məqsədi daşıyır. Layihə rəhbəri Elnur Səlimovun AZƏRTAC-a verdiyi məlumata görə, əsas repertuarı muğam və xalq mahnıları olan konsertdə təxminən 200-dən artıq tamaşaçı iştirak edib.
Məktəbin birləşmiş xor və orkestr kollektivinin çıxışı ilə başlayan konsert iki saat davam edib.

Musiqi 2019-04-20 10:25:00