×
A
A
A
Sazlamalar

Azərbaycanın tikinti materialları “MosBuild 2019” sərgisində nümayiş ediləcək

Bakı, 1 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları aprelin 2-5-də Moskvada keçiriləcək "MosBuild 2019" beynəlxalq tikinti və inşaat materialları sərgisində nümayiş olunacaq.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycanın 10 şirkəti öz məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edəcək.
Sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçiriləcək, məhsulların ixracına dair müzakirələr aparılacaq.

Tikinti̇ 2019-04-01 16:14:00