×
A
A
A
Sazlamalar

Biləcəridəki Ordubadi küçəsinin yenidənqurma işləri yekunlaşıb VİDEO

Bakı, 27 mart, AZƏRTAC
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki Ordubadi küçəsində aparılan yenidənqurma işləri artıq yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, uzunluğu 2,9 kilometr, eni isə ortalama 16 metr olan Ordubadi küçəsində yenidənqurma və bərpa işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla həyata keçirilib. Küçədə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfaltlanma işləri ümumilikdə 45 min kvadratmetrdən artıq sahəni əhatə edib.
Analoji işlər hazırda Biləcəri qəsəbəsinin uzunluğu 2,3 kilometr olan Xurşidbanu Natəvan küçəsində də aparılır. Sözügedən küçələr Biləcəri qəsəbəsinin əsas yolu hesab olunur və qəsəbə sakinlərinin Binəqədi şosesi və Azadlıq prospektinə, o cümlədən Beynəlxalq Avtovağzal Kompleksi istiqamətindən şəhər mərkəzinə və Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir.
Təmir-tikinti işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də yenidən bərpa olunacaq, zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları quraşdırılacaq, kommunikasiya xətlərinin baxış qapaqları dəyişdiriləcək, küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulub, kənarlarına yeni səki daşları düzüləcək.

Tikinti̇ 2019-03-27 17:53:00

Video