×
A
A
A
Sazlamalar

İki ayda 94,5 milyon manatlıq metal məmulatları istehsal edilib

Bakı, 19 mart, AZƏRTAC

2019-cu ilin yanvar-fevral aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 94,5 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, metallurgiya sənayesində 8,9 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 12,4 faiz azalma müşahidə olunub.
Həmin dövr ərzində sahə üzrə 49,7 min ton (1,9 faiz çox) armatur, 155 ton (33,3 faiz çox) alüminium çubuqlar, millər və profillər istehsal edilib.

Tikinti̇ 2019-03-19 17:39:00