×
A
A
A
Sazlamalar

Biləcəri qəsəbəsinin Ordubadi küçəsində təmir-tikinti işlərinə başlanacaq

Bakı, 6 mart, AZƏRTAC
Martın 7-də səhər saatlarından etibarən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində təmir-tikinti işlərinə başlanacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar yolda hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına, həmçinin yol hərəkəti qaydalarına əməl etmələri və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələrinə üstünlük vermələri xahiş olunur.

Tikinti̇ 2019-03-06 18:39:00