×
A
A
A
Sazlamalar

“Gənclərə dəstək” layihəsinin növbəti konserti maraqla qarşılanıb

Bakı, 2 mart, AZƏRTAC

“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında reallaşan konserti Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Mustafa Mehmandarovun dirijorluğu ilə gerçəkləşən konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Konsertdə solist qismində Aydan Salamova, Natəvan Həsənova və Arslan Növrəsli çıxış ediblər. Konsert maraqla qarşılanıb.
Qeyd edək ki, layihə çərçivəsində növbəti konsert martın 6-da Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqi Zalında təşkil olunacaq. Musiqili axşam 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr ediləcək.

Musiqi 2019-03-02 00:23:00