×
A
A
A
Sazlamalar

İtaliyalı pianoçu Bakı Musiqi Akademiyasında ustad dərsi keçib

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) İtaliyalı pianoçu, Milan Konservatoriyasının məzunu Marko Falossi akademiyanın tələblərinə ustad dərsi keçib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən ustad dərsində xarici bəstəkarların əsərlərinə müraciət olunub.
Ustad dərslərində təqdim olunan repertuarlar əsasında pianoçu tələbələrə öz dəyərli məsləhətlərini verib.
Dərslər dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Musiqi 2019-02-27 15:12:00