×
A
A
A
Sazlamalar

Niyazinin mənzil – muzeyi növbəti tədbirinə hazırlaşır

Bakı, 26 fevral, AZƏRTAC

“Dirijorlarla görüş” layihəsi çərçivəsində Niyazinin mənzil – muzeyində növbəti tədbir keçiriləcək. Martın 1-də Əməkdar artist, dirijor, pianoçu - bəstəkar Turan Manafzadə ilə muzeydə görüş olacaq.
Bu barədə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov AZƏRTAC-a məlumat verib.
Görüş zamanı musiqiçinin yaradıcılığından söhbət açılacaq və iştirakçıların sualları cavablandırılacaq. Tədbir Turan Manafzadə tərəfindən təqdim olunacaq konsert proqramı ilə davam edəcək.

 

Musiqi 2019-02-26 16:21:00