×
A
A
A
Sazlamalar

Ötən ay toxuculuq sənayesində 57 faizlik artım olub

Bakı, 23 fevral, AZƏRTAC 

Yanvarda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 38,3 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin eyni ayı ilə müqayisədə toxuculuq sənayesində 56,9 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 1,5 faiz artım, geyim istehsalında isə 32,3 faiz azalma müşahidə olunub.

Tikinti̇ 2019-02-23 17:43:00