×
A
A
A
Sazlamalar

Paytaxtın bir neçə rayonunda yollar yenidən qurulacaq

Bakı, 22 fevral, Ramiz Quliyev, AZƏRTAC

Paytaxtın Binəqədi, Xəzər, Sabunçu, Xətai, Qaradağ və Nəsimi rayonlarının ərazisində, ilk növbədə, bərbad halda olan yolların yenidən qurulması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov deyib.
Agentlik rəhbəri həmin yollar üzərində yeraltı və yerüstü piyada keçidlərinin tikintisinin başa çatdırılacağını, eyni zamanda, Bakı şəhərində məhəllələrarası yolların yenidən təmirinin planlaşdırıldığını diqqətə çatdırıb.

Tikinti̇ 2019-02-22 17:05:00