İlin sonunadək Ələt-Astara yolunun 172 kilometrlik hissəsi ödənişli olacaq VİDEO
Bakı, 22 fevral, Ramiz Quliyev, AZƏRTAC
Cari ilin sonuna kimi Ələt-Astara yolunun 172 kilometrlik hissəsi ödənişli yol kimi istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, Ələt–Astara yolunun təməli qoyulanda yolun ödənişli olması nəzərə alınmayıb. Lakin həmin istiqamətdə alternativ yol olduğundan düşündük ki, gələcəkdə sözügedən yolun ödənişli olması yaxşıdır.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb