×
A
A
A
Sazlamalar

Bakıda inşaat işlərinin 82,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib

Bakı, 15 fevral, AZƏRTAC
Ötən il paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 69,8 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,1 faizini əsaslı təmir, 4,3 faizini cari təmir, 18,8 faizini isə digər tikinti işləri təşkil edib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, il ərzində ümumi inşaat işlərinin 82,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Tikinti̇ 2019-02-15 13:34:00