×
A
A
A
Sazlamalar

Babək prospektində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq

Bakı, 26 noyabr, AZƏRTAC

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə noyabrın 26-da paytaxtın Babək prospektində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2018-11-26 10:52:00