×
A
A
A
Sazlamalar

Tikinti işlərinin 79,2 faizi qeyri-dövlət müəssisələri tərəfindən aparılıb

Bakı, 25 noyabr, AZƏRTAC
2018-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3518,9 milyon manatı (80,8 faizi) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu müddətdə inşaat işlərinin 61,6 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9,6 faizini əsaslı təmir, 8,2 faizini cari təmir, 20,6 faizini isə sair tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 79,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Tikinti̇ 2018-11-25 23:20:00