×
A
A
A
Sazlamalar

"Memarlıq və mədəni irs" mövzusunda elmi-praktik müzakirələr aparılıb

Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə "Fantaziya" Mədəni İrs Festivalı çərçivəsində "Memarlıq və Mədəni İrs: Keçmişi qoruyaraq gələcəyə doğru" adlı beynəlxalq konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransın məqsədi mədəni və memarlıq irsinin qorunub saxlanılması, şəhər görünüşünün və özünəməxsusluğunun dəyişməsi barədə elmi-praktik müzakirələr aparmaqdır. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas konfransın müasir dövrdəki mühüm əhəmiyyətindən söz açıb. O, tanınmış memar və ekspertlərin iştirakı ilə təcrübə mübadiləsinin zəruri olduğunu və növbəti tədbirin də bu aktual mövzuya həsr ediləcəyini vurğulayıb.
Fransanın Azərbaycandakı səfiri xanım Aureliya Buşez Fransadan gələn iki memarın ölkəmizdə memarlıq irsinin qorunması ilə bağlı mühazirələr oxuyacağını söyləyib. Səfir, həmçinin "Fantaziya" Mədəni İrs Festivalının
Azərbaycan memarlığına mühüm töhfə verəcəyini qeyd edib.
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə bu günün şəhərimiz üçün tarixi bir gün olduğunu, şəhərlərimizin tarixi irsinin qorunub saxlanılmasının çox böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Konfransda beynəlxalq səviyyədə tanınmış ekspertlər mədəni irsin qorunması sahəsində təkliflərini verərək, Avropanın qabaqcıl təcrübəsini bölüşüblər.

Tikinti̇ 2018-11-07 19:19:00