×
A
A
A
Sazlamalar

“Azərbaycan caz labirinti” - caz musiqisinə həsr edilmiş sərgi belə adlanır

Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Bakıda rəssam Cəmalə Rəhmanlının “Azərbaycan caz labirinti” adlı fotosərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Caz Festivalı çərçivəsində təşkil edilən və 240 kvadratmetri əhatə edən labirint-sərgidə müəllifin caz tariximizi əks etdirən fotoları nümayiş olunur.
Açılış mərasimində C.Rəhmanova sərginin əhəmiyyətindən söz açıb. Bildirib ki, sərginin ekspozisiyasında caz tariximizlə yanaşı, Azərbaycanın görkəmli caz ifaçılarının fotoları da yer alır. Burada 1930-1940-cı illərdən bu günədək yazıb yaradan cazmenlərin fotoları sərgilənir.
Sonra qonaqlar sərgiyə baxıblar.
Xatırladaq ki, oktyabrın 28-dək davam edəcək festival Mədəniyyət Nazirliyi və “Caz dünyası” jurnalının təşkilati dəstəyi ilə keçirilir. Festival çərçivəsində bir sıra konsert proqramları təşkil ediləcək, rəsm sərgiləri açılacaq.

Musiqi 2018-10-15 21:57:00