×
A
A
A
Sazlamalar

Erik Berdoati: Sən Klu muzeyində Əlimərdan bəy Topçubaşovun büstü qoyulacaq

Paris, 16 iyun, AZƏRTAC
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin üzvləri Paris Sülh Konfransında iştirak ediblər. Bu gün məzarın ziyarət etdiyimiz Əlimərdan bəy Topçubaşov həmin nümayəndə heyətinin rəhbəri olub.
Bu fikri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edən Paris yaxınlığındakı Sən Klu şəhərinin meri Erik Berdoati AZƏRTAC-a müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində Sən Klu muzeyində Əlimərdan bəy Topçubaşovun büstü qoyulacaq. Eyni zamanda, Azərbaycan caz musiqiçilərinin konserti təşkil olunacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

CÜMHURİYYƏT - 100 2018-06-16 01:44:00