×
A
A
A
Sazlamalar

Pensiya və sosial müavinət alanlar arasında 2-ci Respublika Şahmat Turniri keçiriləcək

Bakı, 1 mart, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə pensiya və sosial müavinət alan şəxslər arasında 2-ci Respublika Şahmat Turniri təşkil edir.
Fonddan AZƏRTAC-a bildiriblər ki, turnirdə yaşı 50-dən yuxarı olan bütün benefisiarlar iştirak edə bilərlər.
Şahmat yarışında iştirak etmək üçün martın 1-dən aprelin 1-dək DSMF-nin regional filialları və qəbul şöbələrinə, eləcə də 142 – Çağrı Mərkəzinə zəng edərək qeydiyyatdan keçmək lazımdır.

Sosial 2023-03-01 16:22:00