×
A
A
A
Sazlamalar

Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib

Bakı, 25 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları avqustun 25-də tam ödənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bundan əvvəl, avqustun 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 15-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin avqust ayının pensiya ödənişləri həyata keçirilib.
Beləliklə, avqust ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Sosial 2023-08-25 17:45:00